Qazaxda avtomobil sərxoş piyadanı vuraraq öldürüb
Hadisə
Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, saat 20:30 radələrində rayonun Daş Salahlı kəndiində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçərkən VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn "Mercedes" markalı avtomobil tərəfindən vurulub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.