Qazaxda iki avtomobil toqquşdu - 5 nəfər xəsarət aldı - Yeniləndi

Qazaxda iki avtomobil toqquşdu - 5 nəfər xəsarət aldı - Yeniləndi Hadisə

Qazaxda yol qəzası olub.

News24.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1992-ci il təvəllüdlü E.Daşdıyev, 1999-cu il təvəllüdlü S.Abdullayev, 1999-cu il təvəllüdlü Ə.Süleymanov, 1999-cu il təvəllüdlü F.Cəfərov və 1989-cu il təvəllüdlü M.Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. // Unikal


Martın 18-də saat 01:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi ) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə News24.az -ın sorğusuna cavab olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.