Yanacaq daşıyan avtomobil yandı, ölən var - Yeniləndi
Hadisə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə News24.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
****
Qazax Neft Baza Sahəsinin həyətində “MAN” markalı avtomobildə baş vermiş yanğın nəticəsində ölən şəxsin kimliyi məlum olub.
News24.az xəbər verir ki, ölən şəxsin Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimov olduğu bildirilir. Məlumata görə, o, yanaraq ölüb.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma gedir.