Qazaxda yol qəzasında ölənlərin sayı üç nəfərə çatdı
Hadisə
Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üç nəfərə çatıb.
News24.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Səkinə Mustafayeva (1958-ci təvəllüdlü), Məqsəd İbrahimov (1968-ci il təvəllüdlü) və Fəxrəddin Mustafayev (1959-cu il təvəllüdlü) hadisə yerində vəfat ediblər.
Bundan başqa xəsarət alan 1997-ci il təvəllüdlü Şəadət Mustafayev xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
***
Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil "Opel" markalı nəqliyyat vasitəsilə toqquşub.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər dünyasını dəyişib. Ölən şəxslərin kimliyi, həmçinin hadisənin dəqiq səbəbləri araşdırılır. /Report/