Qazaxdakı partlayışda daha bir ev və mağaza dağılıb - Video

Qazaxdakı partlayışda daha bir ev və mağaza dağılıb - Video Hadisə

Qazaxda evdə baş verən partlayış nəticəsində həmin evlə yanaşı daha bir ev və mağazaya ziyan dəyib.

News24.az xəbər verir ki, bu barədə hadisə şahidi Samir İsmayılov məlumat verib.

“Burada evin yiyəsi olan qız yaşayır. Dedi ki, qazı açdım, o biri otağın qapısını açanda partlayış oldu. Partlayış nəticəsində bizə də ziyan dəyib. Evimiz uçub, demək olar ki, yox vəziyyətindədir. Mağaza da qəzalı haldadır”, – Samir İsmayılov bildirib. (Qafqazinfo)