Qəbələ polisi sakinin döyülməsi ilə bağlı araşdırmalara başladı
Hadisə
Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hansısa şikayət xarakterli müraciət daxil olmayıb. Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib.
Hazırda həmin müraciət əsasında araşdırma aparılır.