Qəbələdə ağır qəza - Xəsarət alanlar var

Qəbələdə ağır qəza - Xəsarət alanlar var Hadisə

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qəbələ rayon ərazisində olub.

Belə ki, “VAZ 2106” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyev, “Opel”in sürücüsü 1962-ci il təvəllüdlü Adil Məmmədov, sərnişinləri 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)