Qəbələdə ağır yol qəzası: Ölən və xəsarət alan var - Yeniləndi

Qəbələdə ağır yol qəzası: Ölən və xəsarət alan var - Yeniləndi Hadisə

Qəbələdə ağır yol qəzası baş verib.

Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə sürücü, 28 yaşlı Mətin İbrahimov hadisə yerində ölüb, sərnişin, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//report

09:18


Yanvarın 26-sı saat 03:15 radələrində Oğuz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Oğuz və Qəbələ rayon mərkəzi xəstəxanalarından məlumat verilib.

2000-ci il təvəllüdlü şəxsə bədənin və başın müxtəlif nahiyələrinin açıq yarası, qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, diz oynağının parçalanmış sınığı, IV dərəcə komatoz vəziyyət, qulaqların travmatik amputasiyası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

İxtisaslı tibbi müalicə məqsədilə pasiyent Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Reanimasiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.