Qız üstə tanımadığı şəxsi qanına QƏLTAN ETDİ : Novxanıdakı dəhşətli qətlin TƏFƏRRÜATI
Hadisə
Novxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, hadisə “Novxanı bağları”, “Atıçılıq” kimi tanınan ərazidə baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü Moxramov İsrail Mustafa oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alaraq hadisə yerində həyatını itirib.
Məlumata görə, 19 yaşlı İsrail Moxramovla 22 yaşlı Mirəhəd Məmmədzadə arasında bir müddətdir davam edən şəxsi narazılıq olub. İddiaya əsasən, hər iki gəncin eyni qıza görə münasibətləri kəskinləşib.
Hadisə günü onlar küçədə qarşılaşaraq əvvəlcə sözlü mübahisəyə başlayıblar. Mübahisə saniyələr içində əlbəyaxa davaya çevrilib.
Ətraflı RTV-nin sujetində: