"Qobu Park 1" yaşayış massivindəki yanğın zamanı xəsarət alanların vəziyyəti açıqlandı
Hadisə
Lökbatan qəsəbəsində baş verən yanğın zamanı xəsarət alan şəxslərin son durumu məlum olub.
Kliniki Tibbi Mərkəzdən News24.az-a bildirilib ki, dekarın 5-də "Qobu Park 1" yaşayış massivində yanğın baş verməsi səbəbi ilə dörd nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə KTM-ə hospitalizasiya olunub.
"Onlardan bir nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Üç nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. İki nəfərin vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park-1" yaşayış massivində baş verən yanğın zamanı dörd nəfər həlak olub.(Oxu.Az)