Qonşunun hamamı 1-ci mərtəbədəkilərin başına uçdu - VİDEO
Hadisə
Mingəçevir şəhəri S.Vurğun küçəsi 1 ünvanındakı mənzillərdən birinin döşəməsi çöküb.
News24.az-ın xəbərinə görə, bina 9, mənzil 1-də vanna otağı uçaraq aşağıdakı mənzilə tökülüb. Mənzil sahiblərinin dediyinə görə, onlar gecə saatlarında səs-küyə oyanıblar. Məlum olub ki, ikinci mərtəbədə yaşayan qonşunun vanna otağı uçaraq birinci mərtəbədə yaşayan qonşunun mənzilinə tökülüb.
Hadisə zamanı xəsarət alan olmasa da, hər iki qonşuya maddi ziyan dəyib.