Quba yolunda qaya uçdu - VİDEO

Quba yolunda qaya uçdu - VİDEO Hadisə

Quba-Qonaqkənd yolunun 31-ci kilometrliyində Qubanın Təngəaltı kəndində qaya uçqunu baş verib. Nəticədə yol bağlanıb.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, Quba 11 saylı Xüsusi Təyinatlı yol-istismar idarəsinin təisi Hikmət Seyidov faktı təsdiqləyib. Yolun açılması üçün işlərə başlanılıb.