Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq öldü

Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq öldü Hadisə

Qusarda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb.

News24.az xəbər verir ki, hadisə rayonun Aşağı Ləgər kəndində baş verib.

1993-cü il təvəllüdlü Ramik Müslümov fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. (Unikal)