Quşlarla toqquşan təyyarə təcili eniş etdi

Quşlarla toqquşan təyyarə təcili eniş etdi Hadisə


Sərnişin təyyarəsi quşlarla toqquşması səbəbindən Nyu Yorkun Con Kennedi Beynəlxalq Hava Limanına təcili eniş edib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Assoşeyted Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, onlardan biri təyyarənin mühərrikinə dəyib.

Bildirilib ki, hadisə təyyarə Nyu Yorkun digər hava limanı olan La-Quardiyadan havaya qalxdıqdan 9 dəqiqə sonra baş verib. Təyyarədə olan sərnişinlərdən heç biri xəsarət almayıb.