Rasim Balayevin nəşi bu axşam Bakıya gətirilir - Yeniləndi
Hadisə
Türkiyədə vəfat etmiş Xalq artisti Rasim Balayevin nəşinin bu gün axşam saatlarında Bakıya gətirilməsi planlaşdırılır.
Bunu News24.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib.
"Ola bilsin ki, nəşi axşama gətirildi. Lakin dəqiq deyil hələ. Dəfni barədə qərarı dövlətimiz verəcək", - deyə o bildirib.
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.
News24.az xəbər verir ki, bu barədə Baş Konsulluqdan məlumat verilib.
Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır. (APA)