Rusiyada güclü partlayış: ƏHALİ TƏXLİYƏ EDİLİR
Hadisə
Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə çevik reaksiya qüvvələri cəlb edilib, müvafiq qurumlar işləyir.
Ətraf ərazilərdən sakinlərin təxliyəsi həyata keçirilir.
Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, açıqlanmır.