Rusiyada güclü zəlzələ oldu
Hadisə
Kamçatkanın (Rusiya) şərq sahillərində Sakit okean akvatoriyasında 5,8 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə REA Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildiriblər.
Yeraltı təkanın episentri Petropavlovsk-Kamçatskidən 232 kilometr şərqdə yerləşib, ocaq 40,5 kilometr dərinlikdə olub.
Rusiyanın FHN-nin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına görə, ötən həftə regionda 31 zəlzələ baş verib, onlardan dördü müxtəlif yaşayış məntəqələrində hiss olunub.