Sabirabadda AĞIR qəza: Ölən və yaralananlar var - Foto

Sabirabadda AĞIR qəza: Ölən və yaralananlar var - Foto Hadisə

Sabirabadda zəncirvari qəzanın baş verməsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus, “VAZ 2109”, "Opel" və "Qazel" markalı avtomobillərin toqquşması ilə baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sabirabadda baş vermiş qəza nəticəsində “VAZ 2109”-un sürücüsü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1978-ci il təvəllüdlü Qurbanov İbrahim Səxavət oğlu hadisə yerində ölüb.

News24.az xəbər verir ki, digər avtomobillərdə olan sərnişinlər 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. (APA)

Sabirabadda AĞIR qəza: Ölən və yaralananlar var - Foto Sabirabadda AĞIR qəza: Ölən və yaralananlar var - Foto Sabirabadda AĞIR qəza: Ölən və yaralananlar var - Foto Sabirabadda AĞIR qəza: Ölən və yaralananlar var - Foto Sabirabadda AĞIR qəza: Ölən və yaralananlar var - Foto Sabirabadda AĞIR qəza: Ölən və yaralananlar var - Foto