Sabirabadda "KİA" və "ГA3" - TOQQUŞDU

Sabirabadda "KİA" və "ГA3" - TOQQUŞDU Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sabirabad rayonunun Qaratəpə kəndində “KİA” və “ГАЗ” markalı iki minik avtomobili toqquşub. 

FHN-dən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “KİA” markalı minik avtomobilində sıxılı  vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.