Sabunçuda 56 yaşlı qadınını avtomobil vurdu

Sabunçuda 56 yaşlı qadınını avtomobil vurdu Hadisə

Bakının Sabunçu rayonunda 56 yaşlı qadın yol qəzasında xəsarət alıb.

"Report" xəbər verir ki, 1969-cu il təvəllüdlü Aslanova Minarə Vəli qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.