Sabunçuda 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı

Sabunçuda 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı Hadisə

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Bu barədə News24.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqram 955 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Araşdırmalar davam etdirilir.