"Sağ göndərdiyimiz dostumuzu tabutda qarşılayacağıq" -Baba Vəziroğlu
Hadisə
"Sağ göndərdiyimiz dostumuzu tabutla qarşılayacağıq.
Bu sözləri News24.az-a açıqlamasında şair Baba Vəziroğlu deyib.
Onun sözlərinə görə, mərhum Rasim Balayevin nəşinin axşama gətirilməsi planlaşdırılır:
" Ola bilsin ki, nəşi axşama gətirildi. Lakin dəqiq deyil hələ. Dəfni barədə qərarı dövlətimiz verəcək".
Şair həmçinin dostunun vəfatı barəsində də təəssüratlarını bölüşüb:
" Bu gün səhər ürəyi dayandı. Keçirdiyi əməliyyatlara tab gətirə bilmədi. Çox əməliyyatlar keçirib, lakin artıq ürəyi dözmədi" - deyə o qeyd edib.