Salyan sakini dəm qazından boğularaq öldü

Salyan sakini dəm qazından boğularaq öldü Hadisə

Salyan sakini dəm qazından boğularaq ölüb.

News24.az xəbər verir ki, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Paşayev Ramin Vaqif oğlu hamam otağında dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)