Salyanda qəza: Xəsarət alanlar var - Foto
Hadisə
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza rayonun Quyuçu kəndi arasında yerləşən avtomobil yolunda qeydə alınıb.
Belə ki, "VAZ" markalı avtomobillə "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır. (Unikal)