Samuxda avtomobil piyadanı vuraraq öldürdü
Hadisə
Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
News24.az xəbər verir ki, hadisə Çobanabdallıda qeydə alınıb.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1964-cü il təvəllüdlü Natiq Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb. /Report.az/