Samuxda minik maşını aşdı, xəsarət alanlar var
Hadisə
Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə, minik maşını yolun kənarına aşıb.
Qəza zamanı 2 nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./APA.az