Samuxda xilasetmə: Bir ailənin 4 üzvü çaydan çıxarıldı
Hadisə
Samuxda Kür çayında köməksiz qalan ailə üzvləri xilas edilib.
News24.az xəbər verir ki, hadisə Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Gədəbəy rayon sakinləri olan bir ailənin dörd üzvü çay kənarında qulançar, ispanaq və odun toplamaq istəyərkən suyun səviyyəsi qəfil yüksəlib və onlar çayın ortasında köməksiz vəziyyətdə qalıblar.
Hadisə ilə bağlı dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon hissəsi və Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə cəlb olunaraq birgə xilasetmə əməliyyatı həyata keçiriblər.
Görülən tədbirlər nəticəsində ailə üzvləri təhlükəsiz şəkildə sahilə çıxarılıb və hazırda vəziyyətlərinin normal olduğu bildirilir. Köməksiz vəziyyətdə qalan şəxslər 1990-cı il təvəllüdlü Eltəkin Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Bəsdi Quliyeva və övladları — 2019-cu il təvəllüdlü Banu Mustafayeva ilə 2025-ci il təvəllüdlü Atilla Mustafayevdir.