Sarayda müğənninin atasını maşın vurub öldürdü

Sarayda müğənninin atasını maşın vurub öldürdü Hadisə

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Saray qəsəbəsində “Yeni yol” adlanan ərazidə 1956-cı il təvəllüdlü Niyazi Rüstəmov Saray qəsəbəsində “Azsamand” markalı minik avtomobili ilə vurulub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Qeyd edək ki, qəzada ölən piyada müğənni Vüqar Rüstəmovun və musiqiçi Vüsal Rüstəmovun atasıdır.

Faktla bağlı araşdırmalar aparılır.

Yaşar Araz