Səbuhi Rəhimliyə ağır itki üz verdi - FOTO-Yeniləndi
Hadisə
Azərbaycanda iki əmioğlu eyni gündə dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə “Qoroskop” qəzetinin baş redaktoru, Qarabağ qazisi Səbuhu Rəhimli məlumat verib.
O bildirib ki, əmisi oğulları Mehman və Sabir ötən gün qəfil vəfat ediblər.
Yaşar Araz
****
Azərbaycanda eyni gündə rəhmətə gedən iki əmioğlunun kimliyi məlum olub.
News24.az-a məlumat verən “Qoroskop” qəzetinin baş redaktoru və Qarabağ qazisi Səbuhi Rəhimli bildirib ki, əmioğulları şəkər və diabet xəstəliyindən əziyyət çəkiblər.
“Əmioğullarım Sabir Həsənov və Mehman Hacıyev eyni gündə rəhmətə gediblər. Bu xəbər məni dərin kədərə boğdu. Allahdan onlara rəhmət diləyirəm”, – deyə o əlavə edib.