Səhər saatlarında ağır qəza - ÖLƏN VAR
Hadisə
Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Elxan Şabanovun idarə etdiyi “Ford Transit” markalı 77-JH-140 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında dayanmış “Nissan” markalı 77-UK-045 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşub.
Hadisə nəticəsində Elxan Şabanov ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.(apa)