Şəmkirdə zəhərlənənlərin vəziyyəti məlum oldu
Hadisə
Şəmkirdə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 9-da saat 04:00 radələrində zəhərlənmə şübhəsilə 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, ötən gün Şəmkir rayonu ərazisində yerləşən “Mersin” adlı dönərxanada zəhərlənmə hadisəsi baş verib.
Nilufər