Sərhəddə külli miqdarda narkotik vasitə aşkarlandı
Hadisə
Külli miqdarda narkotik vasitə və həbin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
News24.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Xidmətin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19 950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir", - deyə məlumatda bildirilib.