Şabranda 3 hektar taxıl sahəsi yandı

Şabranda 3 hektar taxıl sahəsi yandı Hadisə
Şabranda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, rayonun Mollakamallı kəndində bələdiyyəyə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanıb.
Yaxınlığdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.