Şabranda çaydan kişi meyiti - TAPILDI

Şabranda çaydan kişi meyiti - TAPILDI Hadisə

Şabran rayonunda təxminən 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.

News24.az xəbər verir ki, meyit rayon ərazisindən keçən "Şabrançay" su kanalından aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.