Şəmkir sakini faciəvi şəkildə öldü
Hadisə
Şəmkir sakini y *naraq ölüb.
News24.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman ocağa benzin tökərkən ehtiyatsızlıqdan termiki yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.