Şəmkirdə 15 yaşlı qız faciəvi şəkildə öldü

Şəmkirdə 15 yaşlı qız faciəvi şəkildə öldü Hadisə

Şəmkirdə 15 yaşlı qız ehtiyatsızlıqdan ölüb.

News24.az "Unikal"a istinadla bildirir ki, hadisə rayonun Könüllü kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü G.Məmmədzadə yaşadıqları evin həyətində idman alətilə oynayarkən ip onun boynuna dolanıb. Bu zaman yenietmə qız boğularaq ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.