Şəmkirdə 39 yaşlı şəxs bıçaqlanıb - VƏZİYYƏTİ AĞIRDIR
Hadisə
09.07.2025-ci il tarixində saat 01:50 radələrində 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) qarının sol yarısının və döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, travmatik şok diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
News24.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən xəbərə görə, həmin şəxs təcilli olaraq əməliyyata alınıb.
Vəziyyəti ağır olan şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.