Şəmkirdə evdə partayış olub, xəsarət alanlar var

Şəmkirdə evdə partayış olub, xəsarət alanlar var Hadisə


Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

News24.az bildirir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.1985-ci il Bəsdi Mərdanova, 2001-ci il təvəllüdlü Azadə Mərdanova və 2023-cü il təvəllüldü Rahul Məhərrəmov müxtəlif bədən xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralılardan B.Mərdanovanın  vəziyyətinin ağır olduğu bildirilir.Ailənin yaxınların deməsinə görə, evə qaz sızıb və partlayış olub. Hadisə yerinə hüquq-mühafizə orqanıarın əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.//unikal