Şuşa yolunda - AĞIR QƏZA - ÖLƏN VAR

Şuşa yolunda - AĞIR QƏZA - ÖLƏN VAR Hadisə

Şuşa yolunda ağır yol qəzası baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə ilkin məlumata görə, betonqarışdıran avtomobilin idaretməni itirməsi nəticəsində baş verib.

Yol qəzası nəticəsində, Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.