Siyəzən sakininin evindən silah oğurlanıb

Siyəzən sakininin evindən silah oğurlanıb Hadisə
Siyəzəndə silah oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində V.Sadıqovun evindən müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qalaşıxı kənd sakini N.Mütəllimov saxlanılıb. 

Ondan 2 ədəd tüfəng götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun 2 nəfərlə birgə 3 avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.