Şok olay: Ana 3 günlük körpəsini dənizə atdı

Şok olay: Ana 3 günlük körpəsini dənizə atdı Hadisə

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

News24.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.

Meyitin tapılması istiqamətində tədbirlər görülür.

Araşdırma aparılır. (apa.az)