Sosial şəbəkədə tanışlıq baha başa gəldi – 800 manatlıq şantaj
Hadisə
Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
News24.az xəbər verir ki, Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.