Sumqayıt - Bakı qatarı niyə yolda qaldı? - AÇIQLAMA

Sumqayıt - Bakı qatarı niyə yolda qaldı? - AÇIQLAMA Hadisə

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Sumqayıt-Bakı qatarının hərəkətində problem yaranıb. Sərnişinlərin verdiyi məlumata görə, qatar 20 dəqiqə gecikib. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, gecikmə texniki problemlə bağlı olub:

"Rabitə işarə vermə qurğusunda qısa müddətli texniki problem yaranıb. Problem 4 dəqiqəyə həll edilib və qatar 4 dəqiqə sonra hərəkəti davam etdirib".