Sumqayıtda 1 nəfər dənizə düşdü

Sumqayıtda 1 nəfər dənizə düşdü Hadisə
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, dənizdə, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.