Sumqayıtda 46 yaşlı kişi intihar etdi

Sumqayıtda 46 yaşlı kişi intihar etdi Hadisə

Sumqayıt şəhərində 46 yaşlı kişi intihar edib.

News24.az "Report"a istinadən verir ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Nurmətov Tofiq Həsənbəy oğlu səhər saatlarında yaşadığı mənzildə özünü asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.