Sumqayıtda 47 yaşlı - qadını...

Sumqayıtda 47 yaşlı - qadını... Hadisə
Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum avtomobil 1973-cü il təvəllüdlü Əzimova Məfruzə Əməni qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisəni törədən sürücü ərazidən yayınıb. Faktla bağlı araşdırma aparılır.