Sumqayıtda 6 avtomobil toqquşdu

Sumqayıtda 6 avtomobil toqquşdu Hadisə

Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.(Report)