Sumqayıtda avtobusda ölən zavod əməkdaşının FOTOSU
Hadisə
Fevralın 12-si saat 09:00 radələrində Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində, “Azərkimya İB Etilen-Polietilen” zavodunun qarşısında faciəvi hadisə baş verib.
News24.az-ın məlumatına görə, zavoda məxsus “İsuzu” markalı 90 RU 356 N-li avtobusda Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Səlim Yusif oğlu Məmmədov infarkt nəticəsində ölüb.
Mərhumun zavodda çalışdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz