Sumqayıtda beşmərtəbəli binada - YANĞIN

Sumqayıtda beşmərtəbəli binada - YANĞIN Hadisə
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 100 m² olan restoranın mətbəxində 2 ədəd məişət avadanlığı və mebel 6 m² sahədə qismən yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az- a verilən məlumata görə, restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.