Sumqayıtda ev yandı – Yeniləndi
Hadisə
Sumqayıt şəhərində mənzildə baş verən yanğın söndürülüb.
News24.az xəbər verir ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır. (Report)
**
Sumqayıt şəhərinin birinci mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzildə yanğın başlayıb.
News24.az xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin səbəbləri və mümkün zərər barədə əlavə məlumatın veriləcəyi bildirilir. (Report)